Letra Goodfellas de Xpert

Letra de Goodfellas

Xpert


Goodfellas
Xpert
(0 votos)
Öldürmək istəsələr də ölkədə Rap'i
Bu bölgədəki rap kölgədədi
Hələ amma sağdı
Birdə ağlı kəm olanlara gələ bilməz elə maraqlı
012 şəhərimin kodu
Küçələr məkanımız uyğun deyil "dress code"un
Elə test bunu
Kimi text tutub anlayar
Çünki biz də elə fanatıyıq West Nott'un
Bu oyun deyil, oyun baxçada olur
Bax çatan olar, qabın, bax çatlaq olar
Sirkə tünd olsa. demə nolsun?! Olsun!
Fəlakətdir - əgər tərzin dinləyəni yorsa
Bizi dinləyir bütün bu yarımada
Synaps - kombayn bu rap tarlada
Qulaq asır kasıb, həm də varlı da
Çünki musiqimiz ayırmır kasıbı varlıdan

Rap yeraltıdır yer üzündə
Saxta təbəssümün üzündən
Gülüb ayaq altı qazarkən
Nə qədər cəhdin alınmadı? düzün de
Rap yeraltıdır yer üzündə
Saxta təbəssümün üzündən
Gülüb ayaq altı qazarkən
Nə qədər cəhdin alınmadı? düzün de

Ətrafımda həminkilər
Sənin içində həmin killer
Beynivə kərkindilər
Dağılır içindəkilər
Gedənə gələnə dərs olsun
OD'un bu Fast Flow'su
Kalonkadan tonlarla
Qulaqlarva səs dolsun
Biz sərtiydiysə, biz sərtiydiysə
Diss sərirdin indiyə sən, istərdiysə
Oğraş gecə şəbxunları heçə sən tulladın
Boş baş edib dəb bunları necə də korladı
Nizam al-Mulk'dür mənim siyasətim
İzafi igidlik istəyir yanıma ziyarətin
Pul qazanmaq üçün sənin gecə alətün
Qafiyə yox dodaq satmaqdı ticarətin
Rap da bir baxça, onda ganja'dı parça
Biz doldurağ ancaq bura, tüstü basar baca
Bu düstur da asan deyil
Susdursan da meyl
Düz qursan da feyl, üz vursan da.

Rap yeraltıdır yer üzündə
Saxta təbəssümün üzündən
Gülüb ayaq altı qazarkən
Nə qədər cəhdin alınmadı? düzün de
Rap yeraltıdır yer üzündə
Saxta təbəssümün üzündən
Gülüb ayaq altı qazarkən
Nə qədər cəhdin alınmadı? düzün de

Mənim track'lərimə respect atır atam
Avtomatam, makardadan, mərmilərim Jakarta'dan
Birdə nə işlə məşğul olduğunu bilmədiyim
Küy salan trackərimi ortamında döndürür küçüy
12 manata klip çəkdim Xperti çağırdıllar TTM'dən
Gəlirəm БТР'nən
İxtisas - müəllim, ancaq diplomları yığmamışam yerdən
Ədəbi dildə rap yazıram, RAM dağılır DDR'də
Neynə, tük üzümdə üzüm təngi, meynə
Uzan saqqalımın kölgəsində salxımları çeynə
Sonda pənah gətirmisən Synaps'ın döşəyinə
Öz xoşunla oturmusan şamanların şeyinə
Ən xod gedən MC'lərin hörməti nəydi?
Çoxsunu öz həyətində sayan yox idi, gör nə deməydi
Mən şairlər, dərvişlər tıxdım
Hələ də varsa mənim yemədiyim MC'lər, deməli köhnə yeməkdi


Comparte Goodfellas! con tus amigos.


Que tal te parece Goodfellas de Xpert?
Pesima
Mala
Regular
Buena
Excelente